"Talassemiyalı ana hər kəs kimi övladını ana südü ilə qidalandıra bilər".
Bakıvaxtı.az xəbər verir ki, bunu canlı yayımda Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, hematoloq Şəhla Şabanova deyib.
Onun sözlərinə görə, əgər ana dəmir qovucu preparatlar qəbul edirsə, bu dərmanlar ana südü ilə keçərək körpənin sağlamlıq vəziyyətinə zərər vura bilər.
Henatoloq qeyd edib ki, ananın vəziyyəti, qidalanması zəifdirsə, südvermə onu daha da zəiflədə bilər.
"Əgər ana xüsusi müalicə almırsa, ümumi vəziyyəti stabildirsə, ana südü övladı üçün ilk seçilən qida vasitəsi olmalıdır. Sadəcə hematoloq və ginekoloq koordinasiyalı şəkildə ananın və yenidoğulmuşun vəziyyətini dəyərləndirməlidir”.
Mina Mikayılova