q
  • Bakı 12° C

    15.44 m/s

  • USD - 1.7

    EUR - 1.9855

    RUB - 2.2439

Canlı yayımda təhqiramiz ifadələr işlədən tiktoker həbs edildi

CƏMİYYƏT

27 Aprel 2026 | 18:37

Canlı yayımda təhqiramiz ifadələr işlədən tiktoker həbs edildi

Sosial şəbəkələrdə əxlaq normaları ilə bir araya sığmayan informasiyaların yayımına qarşı polis əməkdaşları tərəfindən profilaktik tədbirlər davam etdirilir.

Bakıvaxtı.az Oxu.az-a istinadən xəbər verir ki, tədbirlərlə "TikTok" sosial şəbəkəsində canlı yayımda təhqiramiz ifadələr səsləndirən 23 yaşlı Süleyman Məmmədov saxlanılıb.

Onun barəsində internet informasiya ehtiyatlarında və ya informasiya-telekommunikasiya şəbəkələrində yayılması qadağan edilən informasiyanın yerləşdirilməsinə yol verdiyinə görə protokol tərtib olunub.

Müvafiq qərarla S.Məmmədov 15 gün müddətinə inzibati qaydada həbs olunub.


SON XƏBƏRLƏR