• Bakı 22° C

    2.02 m/s

Çavuşoğlu: "Toplantının mənası yoxdur, İsveç qərar verməlidir!"

DÜNYA

26 Yanvar 2023 | 19:43 | Müəllif: Subhan Mahmudov

Çavuşoğlu: "Toplantının mənası yoxdur, İsveç qərar verməlidir!"

İsveç NATO üzvü olub-olmaması ilə bağlı qərar verməlidir. Təxribatların məqsədi İsveçin NATO-ya üzvlüyünün qarşısını almaqdır. PKK ilə əməkdaşlıq edib, üzvlük prosesinə “minalar basdırırlar”. Bu minaları İsveç təmizləməlidir.

Bakıvaxtı.az xəbər verir ki, bu sözləri Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

“Hazırki vəziyyətdə üçtərəfli toplantının mənası yoxdur. Toplantı mövcud vəziyyətin ona kölgə salacağı, xələl gətirəcəyi səbəbindən təxirə salındı. Həmçinin İsveçin də bəyanatın tətbiqi ilə bağlı ciddi addım atmadığını görürük”, - deyə XİN rəhbəri bildirib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Oktyabr 2026