Avropa Birliyinin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar İrəvanda Ermənistan xarici işlər naziri Ararat Mirzoyanla görüşüb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ermənistan XİN məlumat yayıb.
Görüşdə Ermənistan və Azərbaycan arasında aparılan danışıqlarda son proseslər müzakirə olunub.
Eyni zamanda Laçın yolu və Qarabağ mövzuları gündəmə gətirilib.
















