Rusiya ilə Çin arasındakı əməkdaşlıq Qərb üçün təhlükə yaratmır.
Bakıvaxtı.az xarici mətbuata istinadla xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin ölkəsinin Çinlə son zamanlar artan əməkdaşlığı və Qərbi narahat edən digər məsələlər barədə verdiyi açıqlamalarında bildirib.
Onun sözlərinə görə, Rusiya Çinlə heç bir hərbi ittifaq yaratmır.
“Bəli, hərbi-texniki əməkdaşlığımız var. Bunu gizlətmirik, amma bu, şəffafdır, gizli heç nə yoxdur. Qərb isə əksinə, “qlobal NATO” yaratmağa çalışaraq yeni ox ittifaqı qurur. NATO-nun yeni strateji konsepsiyası Hind-Sakit okean regionu ölkələri ilə güclü tərəfdaşlıq əlaqələrinin qurulmasını ehtiva edir”, - deyə Putin bildirib.
Rusiya lideri Belarus ərazisində taktiki nüvə silahı yerləşdirəcəklərini də açıqlayıb.
Ukrayna Milli Təhlükəsizlik Şurasının rəhbəri Aleksiy Danilov Putinin bəyanatına münasibət bildirərkən deyib ki, Kreml Belarusu nüvə girovu kimi qəbul edib.
Nuranə Daxilqızı
















