• Bakı 11° C

    4.53 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Ararat Mirzoyan Lavrovun müavini ilə görüşdü

DÜNYA

26 Aprel 2023 | 09:38

Ararat Mirzoyan Lavrovun müavini ilə görüşdü

Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin və Ermənistan XİN rəhbəri Ararat Mirzoyan görüşüb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Tərəflər Qarabağdakı vəziyyəti müzakirə edib. Onlar üçtərəfli razılaşmalara uyğun olaraq Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasının bütün yolları üzrə səylərin gücləndirilməsinin zəruriliyini qeyd ediblər.

Həmçinin ikitərəfli münasibətlərin dinamikası, xüsusən də ticarət-iqtisadi sahədə əlaqələr müzakirə olunub, regional təhlükəsizlik mövzusuna toxunulub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026