• Bakı 22° C

    4.23 m/s

  • USD - 1.7

    EUR - 1.8152

    RUB - 0.018

Məhərrəm İncədən ikinci tur qərarı

DÜNYA

26 May 2023 | 09:19

Məhərrəm İncədən ikinci tur qərarı

Türkiyə Məmləkət Partiyası prezident seçkilərinin ikinci turu ilə bağlı qərar verib.

Bakıvaxtı.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, qərar Məhərrəm İncənin sədrlik etdiyi Mərkəzi İcra Şurasının toplantısında açıqlanıb.

"Çəkildiyimiz nöqtədəyik. Açıq dəstək ifadə etməyəcəyik" deyə Məmləkət Partiyasının sədri Muhərrəm İncə qeyd edib.

Onun, eyni zamanda, bununla bağlı sosial şəbəkədə etdiyi paylıaşımda bildirilir:

"Bütün bu hadisələrdən sonra heç kim bizə təzyiq etməyə çalışmasın. Yeni açıqlamaya ehtiyac yoxdur. Biz sözümüzün yanındayıq. Söz. Nə Cümhuriyyət, nə də Millət. Bir Yol Vətən deyir, qaldığımız yerdən davam edirik".

Qeyd edək ki, mayın 14-də keçirilən prezident seçkisinə namizədliyi irəli sürülmüş Məhərrəm İncə seçkiyə 3 gün qalmış namizədliyini geri götürüb.

Murad Məmmədli


SON XƏBƏRLƏR

18 Aprel 2024