• Bakı 14° C

    5.6 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

İstanbulda silahlı dava: 1 nəfər güllələndi

DÜNYA

25 Iyun 2023 | 00:45 | Müəllif: Subhan Mahmudov

İstanbulda silahlı dava: 1 nəfər güllələndi

Türkiyənin İstanbul şəhərində iki nəfər arasında yaranan mübahisə qısa müddətdə silahlı davaya çevrilib.

Bakıvaxtı.az xəbər verir ki, hadisə zamanı bir nəfər güllələnərək öldürülüb.

İddialara görə, Yunus Əmrə Məhəlləsi 374 küçəsində iki nəfər arasında silahlı dava zamanı Vahit Y. Özer Ç-yə atəş açmağa başlayıb. Bir müddət sonra ətrafdakıların müdaxiləsi ilə Vahit Y. zərərsizləşdirilib.

Bu zaman güllə ilə vurulan Özer Ç. Vahit Y.-nin silahını götürərək atəş açıb.

Hadisə yerinə polis və tibb işçiləri gəlib.

Vahit Y. hadisə yerindən qaçıb, Özer Ç. isə həyatını itirib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026