• Bakı 14° C

    5.6 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Cüdoçularımız Avropa çempionatında I yeri tutdu

DÜNYA

25 Iyun 2023 | 00:10 | Müəllif: Subhan Mahmudov

Cüdoçularımız Avropa çempionatında I yeri tutdu

İyunun 22-dən 25-dək Portuqaliyanın Odivelas şəhərində keçirilən cüdo üzrə yeniyetmələr arasında Avropa çempionatının fərdi yarışları başa çatıb.

Bakıvaxtı.az xəbər verir ki, fərdi yarışların sonuncu günündə +90 kq çəkidə yarışan cüdoçumuz Ramazan Əhmədov bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Bu, Azərbaycanın Avropa çempionatında qazandığı sayca doqquzuncu medal olub.

Cüdoçularımız çempionatda ümumilikdə altı qızıl və üç bürünc medal əldə ediblər. Fərdi yarışlarda Azərbaycan medal əyarına görə ümumi hesabda və oğlanlar arasında 1-ci yeri, qızlar arasında isə 4-cü yeri tutub.

Qeyd edək ki, iyunun 25-də Avropa çempionatında qızlardan və oğlanlardan ibarət qarışıq komanda yarışı keçiriləcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026