• Bakı C

    2.39 m/s

  • USD - 1.7

    EUR - 1.8409

    RUB - 0.0183

Ukrayna Rusiya qoşunlarının mövqelərinə zərbələr endirdi

DÜNYA

26 May 2023 | 01:00

Ukrayna Rusiya qoşunlarının mövqelərinə zərbələr endirdi

Ukrayna qoşunları sutka ərzində düşmənin hərbi texnikasının şəxsi heyətinin cəmləşdiyi ərazilərə dörd zərbə endirib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Qeyd olunub ki, raket qoşunları və artilleriya bölmələri düşmənin canlı qüvvənin cəmləşdiyi iki rayonu, sursat anbarı, radiolokasiya stansiyası və artilleriya bölməsini vurub.

Bundan başqa, sutka ərzində Rusiyanın S-300 hava hücumundan müdafiə sistemindən Xarkov vilayətinin Tsirkuni kəndinin mülki infrastrukturuna iki raket zərbəsi endirilib. Bundan əlavə, düşmən 48 hava zərbəsi endirib və çoxsaylı buraxılış raket sistemlərindən 10-a yaxın hücum həyata keçirib.

"Ukraynanın bütün ərazisində raket və hava zərbələrinin endirilməsi ehtimalı yüksək olaraq qalır", - Baş Qərargah xəbərdarlıq edib.


SON XƏBƏRLƏR

28 Mart 2024