Sudanda ordu ilə Xüsusi Təyinatlı Qüvvələr arasında toqquşmalar nəticəsində həlak olanların sayı xeyli artıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Sudan Səhiyyə Nazirliyinin məlumatında bildirilir. Qeyd olunub ki, aprelin 15-də başlayan və 11 ştatda baş verən qarşıdurmalarda indiyədək 460 nəfər həyatını itirib, 4063 nəfər yaralanıb.
Məlumata görə, bütün ştatlarda münaqişələrin yaralanma, ölüm və digər təsirlərini izləmək üçün araşdırmalar aparılır.
"Son iki gündə yaralanan və ölənlərin sayı azalıb", - deyə Səhiyyə Nazirliyinin açıqlamasınd vurğulanır.
















