• Bakı 11° C

    5.66 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

"NATO-nun bundan başqa yolu yoxdur" - Kuleba

DÜNYA

26 Aprel 2023 | 00:16 | Müəllif: Subhan Mahmudov

"NATO-nun bundan başqa yolu yoxdur" - Kuleba

NATO ölkələri bəhanə axtarmağı dayandırmalı və Ukraynanın Alyansa qəbul edilməsinin alternativinin olmadığını etiraf etməlidir.

Bakıvaxtı.az xəbər verir ki, bu açıqlama ilə Ukraynanın xarici işlər naziri Dmitri Kuleba çıxış edib.

"Bəhanələri bir kənara qoymağın və nəhayət, etiraf etməyin vaxtıdır ki, əgər NATO-nun məqsədi Avro-Atlantik birliyin təhlükəsizliyini təmin etməkdirsə, Ukraynanı qəbul etməkdən başqa alternativ yoxdur. Mən NATO-nun Ukrayna ilə bağlı hazırkı öhdəliyinə şübhə etmirəm. Alyansın üzvləri Rusiyanın tammiqyaslı işğalı başlayandan Kiyevə həyati yardım göstərdi. Lakin Ukrayna və Avro-Atlantik regionun uzunmüddətli təhlükəsizliyinə gəldikdə mən NATO-nun strategiyasına şübhə ilə yanaşıram”, - Kuleba qeyd edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026