• Bakı 22° C

    4.22 m/s

  • USD - 1.7

    EUR - 1.8082

    RUB - 0.0181

Ukrayna 106 hərbçisini geri aldı

DÜNYA

25 May 2023 | 16:10

Ukrayna 106 hərbçisini geri aldı

Ukrayna 106 hərbçisini Rusiya əsirliyindən qaytarıb.

Bakıvaxtı.az Ukraynanın Hərbi Əsirlərlə İş üzrə Koordinasiya Qərargahına istinadən xəbər verir ki, əsirlikdən qaytarılanların 8-i zabit, 98-i isə əsgər və çavuşdur.

Hərbçilərin hamısı Baxmut istiqamətində döyüşüblər.

Hərbi Əsirlərlə İş üzrə Koordinasiya Qərargahı bildirib ki, əsirlikdən azad edilənlərdən 68-i itkin düşmüş hesab edilirdi.

"Xilas edilmiş yeddi hərbçinin müxtəlif xəsarətləri var: güllə və qəlpə yaraları, yanıqlar və sınıqlar, ağırlaşmış xroniki xəstəliklər. Hərbçilərdən ən yaşlısının 59, ən gəncinin 21 yaşı var.

Mübadilə nəticəsində üç cəsəd - iki əcnəbi və bir ukraynalı qadının cəsədi də qaytarılıb.

Ümumilikdə, indiyə qədər əsir mübadiləsi nəticəsində 2 430 ukraynalı artıq evlərinə qayıdıb. Onların arasında 139 mülki şəxs də var".


SON XƏBƏRLƏR

19 Aprel 2024