• Bakı 13° C

    1.45 m/s

“Vaqner” Voronejdə bütün hərbi obyektləri nəzarətə götürüb

DÜNYA

24 Iyun 2023 | 14:13 | Müəllif: Qalib İbrahimoğlu

“Vaqner” Voronejdə bütün hərbi obyektləri nəzarətə götürüb

“Vaqner” Xüsusi Hərbi Şirkətinin döyüşçüləri Rusiyanın Voronej şəhərində bütün hərbi obyektləri nəzarətə götürüblər.

Bakıvaxtı.az xarici mətbuata istinadla xəbər verir ki, Voronej şəhər hakimiyyəti hələ bu məlumatı rəsmi şəkildə şərh etməyib.

Bununla belə, Voronej vilayətinin qubernatoru Aleksandr Qusev bildirib ki, zirehli maşın karvanının gəldiyinə dair bölgədə yalan məlumatlar yayılıb. Onun sözlərinə görə, Rusiya Silahlı Qüvvələri əvvəlcədən elan edilmiş antiterror əməliyyatı çərçivəsində operativ-döyüş tədbirləri həyata keçirir.

Qeyd edək ki, vaqnerçilər Rostov-Don şəhərinə nəzarəti ələ keçirib. Onlar Moskvaya doğru hərəkəti qarşılarına məqsəd qoyublar./report.az


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Oktyabr 2026