“İllər sonra Ankara ilə danışıqları bərpa etməyimizə şadam”.
Bakıvaxtı.az xəbər verir ki, bunu Ermənistan Prezidenti Vaaqn Xaçaturyan İtaliyanın “La-Republica” qəzetinə müsahibəsində bildirib.
“Biz müharibəyə deyil, regional bərabərliyə və sülhə cəhd etməliyik”, - o qeyd edib.
Xatırladaq ki, Ermənistan Prezidenti Vaaqn Xaçaturyan İtaliyada işgüzar səfərdədir.
















