Bu gecə Rusiya Silahlı Qüvvələri Odessa vilayətinə pilotsuz təyyarə ilə zərbə endirib.
Bakıvaxtı.az UNİAN-a istinadla xəbər verir ki, bu barədə Ukraynanın Cənub Müdafiə Qüvvələrinin mətbuat xidməti məlumat yayıb.
Qeyd olunur ki, Rusiya gecə saatlarında hücum pilotsuz təyyarələri ilə Odessa vilayətinin mülki infrastrukturuna növbəti hücum edib. Hücum Azov dənizinin şərq sahilindən edilib. Hava Hücumundan Müdafiə Qoşunları Şahed-136/131 tipli 9 pilotsuz təyyarəni məhv etməyə müvəffəq olub.
"Dunay bölgəsindəki taxıl anbarları və istehsal-boşaltma kompleksi vurulub. Anbarlarda yanğın baş verib, yanğın tez bir zamanda lokallaşdırılıb. Yanğınsöndürənlər işlərini davam etdirirlər", - deyə hərbçilər bildirib.
Murad Məmmədli
















