• Bakı 8° C

    4 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 2.0511

Eris dünyanı təşvişə salır: Maska qayıtdı

DÜNYA

23 Avqust 2023 | 10:35

Eris dünyanı təşvişə salır: Maska qayıtdı

3 ildən artıqdır ki, koronavirusla mübarizə aparan dünya indi Omikronun alt variantı Eris üçün təşvişə düşüb.

Bakıvaxtı.az xarici mediaya istinadən xəbər verir ki, ABŞ-da Erisdən sonra ard-arda maska qərarları gəlib.

2019-cu ilin son günlərində Çinin Uhan şəhərində müşahidə olunan koronavirus qısa müddətdə dünyaya yayılaraq milyonlarla insanın həyatına son qoydu. Bir çox vərdişlərimizi geridə qoymağımıza səbəb olan virus qabıq dəyişdirməyə davam edir.

Bir çox ölkədə, xüsusən də ABŞ və İngiltərədə yoluxmaların sayı yenidən artıb, ekspertlər yeni variantı məsul görürlər.

Atlantada yerləşən Morris Brown Kolleci maska tələbini yenidən tətbiq etdiklərini açıqlayıb. Açıqlamada universitet rəhbərliyi maska taxmağın 14 gün müddətində məcburi olduğunu vurğulayaraq kampusda məsafə qaydalarına riayət etməyi xahiş edib.

Oxşar qərar Corciya ştatından yüzlərlə kilometr aralıda yerləşən Lionsgate-dən də gəlib. John Wick və The Hunger Games kimi filmlərin istehsalı ilə məşğul olan Hollivud studiyası işçilərinə maska tələbi qoyub. Şirkət, həmçinin, son 10 gündə xaricə gedən işçilərinin ofisə gəlməməsini xahiş edib.

Qeyd edək ki, yeni variantın siptomları aşağıdakılardır:

Boğaz ağrısı, burun axması, burun tutulması, asqırma, bəlğəmsiz və bəlğəmli öskürək, baş ağrısı, tutulmuş səs, əzələ ağrıları, qoxu almada dəyişiklik.

Ay Tac


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR