• Bakı 10° C

    0.91 m/s

  • USD - 1.7

    EUR - 1.8832

    RUB - 2.0549

Rusiyanın itkiləri 275 minə çatır

DÜNYA

22 Sentyabr 2023 | 10:16 | Müəllif: Qalib İbrahimoğlu

Rusiyanın itkiləri 275 minə çatır

Ukrayna müdafiə qüvvələri son 24 saat ərzində Rusiya Silahlı Qüvvələrinin daha 480 hərbçisini məhv edib.

Bakıvaxtı.az UNİAN-a istinadla xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Qeyd olunub ki, müharibə başlayan gündən indiyədək düşmənin ümumi döyüş itkiləri 274 950 nəfərə çatıb.

Düşmənin məhv edilmiş texnikası və aktivlərinin sayı da hər gün artıb. Belə ki, indiyədək Rusiya ordusunun 4644 tankı, 8891 zirehli döyüş maşını, 6177 artilleriya sistemi, 785 MLRS, 4858 əməliyyat-taktiki səviyyəli PUA, 8690 avtomobil texnikası və yük maşını, 912 xüsusi texnikası məhv edilib.

Bu günə olan məlumata görə, ruslar Ukraynaya qarşı müharibədə 528 hava hücumundan müdafiə sistemi, 315 təyyarə və 316 helikopter, 20 gəmi/qayıq və 1 sualtı qayıq itirib.

Son 24 saat ərzində Rusiyanın 38 qanadlı raketi məhv edilib (bu günə kimi ümumilikdə 1517 raket vurulub).

Murad Məmmədli


Rusiyanın itkiləri 275 minə çatır
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR