• Bakı 14° C

    5.87 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

Yer kürəsində suyu ən tünd rəngdə olan çay

DÜNYA

22 Oktyabr 2023 | 09:41 | Müəllif: Subhan Mahmudov

Yer kürəsində suyu ən tünd rəngdə olan çay

İsveçrə, ABŞ və Konqo Respublikasından olan alimlər qrupu Yer kürəsində suyu ən tünd rəngdə olan çayı tapıblar.

Bakıvaxtı.az xəbər verir ki, söhbət Afrikanın ən böyük çaylarından biri sayılan Konqonun sol qolu Ruki çayından gedir.

Tədqiqatçılar qeyd edirlər ki, Ruki çayının suyunun dibini görmək mümkün deyil.

Yağışlı mövsümdə çay tez-tez sahillərini aşır və cəngəlliyi su basır.

Bundan sonra çayın suyu tədricən öz adi axınına qayıdır.

Bu müddət ərzində isə su karbonla zəngin üzvi maddələri (ölü bitki örtüyü) cəngəllikdən çıxarır.

Həmçinin Ruki çayının sahillərində böyük torf bataqlıqları da var.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Noyabr 2026