Şiddətli fırtına və nəhəng dalğalar səbəbiylə Kdz. Ereğli Limanında ikiyə bölünərək sahilə çıxan “Pallada” gəmisinin faciəsindən bir müddət əvvəl çəkilən görüntülər ortaya çıxıb.
Bakıvaxtı.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, gəminin tək parça halında olan son görüntüləri sosial şəbəkədə yayımlanıb.
Məlumata görə, gəmi noyabrın 19-da sığındığı Zonguldakın Ereğli rayonundakı limanda sarı kodla fırtına xəbərdarlığı edildiyi zaman ikiyə bölünərək quruya oturub. Fəlakətin ən ağır anlarında çəkilən videolarda limanda sürüklənərək quruya çıxan “Pallada” gəmisinin tək parça halında son görüntüləri, həmçinin gəminin iki hissəyə bölünməsindən sonrakı anlar yer alıb. Bu zaman gəminin hissələrinin şiddətli fırtına ilə şiddətli dalğalar arasında beşik kimi titrədiyi görünür.
Murad Məmmədli
















