Ukrayna Təhlükəsizlik Xidməti rusiyalı iş adamı Mixail Fridmanı axtarışa verib.
Bakıvaxtı.az Rusiya KİV-ə istinadən xəbər verir ki, o, “ibtidai istintaq orqanlarından gizlənən” şəxs qismində axtarışa verilib.
İş adamının itkin düşmə tarixi 10 oktyabr 2023-cü il kimi göstərilib.
Mikail Fridman konstitusiya quruluşunun dəyişdirilməsinə, hakimiyyəti ələ keçirməyə, Ukrayna ərazisinin və ya dövlət sərhədinin dəyişdirilməsinə yönəlmiş aksiyaları maliyyələşdirməkdə ittiham olunur.
Babək İdrisov
















