• Bakı 24° C

    5.18 m/s

  • USD - 1.7

    EUR - 1.9493

    RUB - 2.0178

Klaar: "Seçkilərdən sonra Bakı ilə tam şəkildə..."

DÜNYA

19 Yanvar 2024 | 23:40 | Müəllif: Subhan Mahmudov

Klaar: "Seçkilərdən sonra Bakı ilə tam şəkildə..."

Avropa Birliyinin (AB) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarın Ermənistana səfəri başa çatıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə AB-nin nümayəndəsi sosial şəbəkədə bildirib.

“AB-nin Ermənistan – Azərbaycan hərtərəfli sülh nizamlanmasına dəstəyini davam etdirdiyini vurğuladım. Bakı və İrəvan arasında məzmunlu ikitərəfli təmaslardan ruhlanır və seçkilərdən sonra Azərbaycan tərəfi ilə də tam şəkildə yenidən əlaqə qurmağı səbirsizliklə gözləyirik”, – o qeyd edib.

Xatırladaq ki, Klaar Ermənistandan sonra Bakıya səfər etməyib və bunu Azərbaycanda seçki təbliğatının başlanması ilə izah edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

17 Sentyabr 2026