• Bakı 13° C

    7.63 m/s

  • USD - 1.7

    EUR - 1.8681

    RUB - 2.0687

Fransanın hərbi müəssisələrinə kiberhücumlar edilib

DÜNYA

18 Fevral 2024 | 20:39 | Müəllif: Subhan Mahmudov

Fransanın hərbi müəssisələrinə kiberhücumlar edilib

Fransanın Silahlı Qüvvələr naziri Sebastyan Lekornu ölkənin hərbi-sənaye kompleksinin müəssisələrinə haker hücumlarının artdığını açıqlayıb və bu hücumlarda Rusiyanın əli olduğunu irəli sürüb.

Bakıvaxtı.az xəbər verir ki, o, bu barədə "Le Journal du Dimanche" qəzetinə müsahibəsində bildirib.

"Biz getdikcə tez-tez və aqressivləşən Rusiya mənşəli kiberhücumlarla qarşılaşırıq. Bu hücumlar bizim infrastrukturumuza qarşı yönəlib", - deyə o bildirib

Nazirin sözlərinə görə, bir neçə ay əvvəl hakerlərin ölkənin iri müdafiə müəssisəsinə hücumunun qarşısı alınıb:

"Hakerlər Fransa və onun müttəfiqləri üçün hərbi istehsalı pozmağa cəhd ediblər".


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

18 Noyabr 2026