• Bakı 11° C

    3.24 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Bu ölkə prezidentinə xərçəng diaqnozu qoyuldu

DÜNYA

19 Yanvar 2024 | 22:10 | Müəllif: Subhan Mahmudov

Bu ölkə prezidentinə xərçəng diaqnozu qoyuldu

Namibiya Prezidenti Haqe Qeynqoba xərçəng diaqnozu qoyulub.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Namibiyanın Prezident Aparatı məlumat yayıb.

"Dövlətimizin başçısı hər il keçirilən müntəzəm tibbi müayinələr çərçivəsində kolonoskopiya və qastroskopiyadan keçib, ardınca biopsiya aparılıb. Nəticələrində xərçəng hüceyrələri aşkarlanıb. Həkim heyətinin məsləhəti ilə Prezident müalicə üçün müvafiq müayinədən keçəcək”, - deyə məlumatda qeyd olunub.

Qeynqob əvvəllər prostat xərçəngindən əziyyət çəkirdi.

82 yaşlı siyasətçi müalicə alarkən, vəzifəsini də icra edəcək.

Bu ilin sonunda Namibiyada prezident və parlament seçkiləri keçiriləcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026