• Bakı 10° C

    2.48 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Səudiyyə Ərəbistanı ilə Çin saziş imzaladı

DÜNYA

20 Noyabr 2023 | 23:19

Səudiyyə Ərəbistanı ilə Çin saziş imzaladı

Səudiyyə Ərəbistanı və Çinin mərkəzi bankları milli valyutalarda svop sazişi bağlayıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Səudiyyə tənzimləyicisinin öz saytında dərc olunmuş bəyanatında deyilir.

Tərəflərin milli valyutaları dəyişdirə biləcəkləri svop xəttinin həcmi 50 milyard yuan təşkil edir ki, bu da təqribən 6,97 milyard ABŞ dollarına bərabərdir.

Müqavilə üç illikdir. Mərkəzi banklar arasında valyuta mübadiləsi likvidlik çatışmazlığından qorunmaq üçün bir vasitədir. Bu, hər bir tərəfə valyuta bazarlarında onu satın almadan başqa ölkənin valyutasında likvidliyə çıxış əldə etməyə imkan verir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

10 Noyabr 2026