Noyabrın 19-da Qəzza zolağında "Əl-Şifa" xəstəxanasından təxliyə edilən 12 vaxtından əvvəl doğulmuş körpə Qahirəyə aparılıb. Daha 16 körpə "Əl-Ariş" şəhərində xəstəxanaya yerləşdirilib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus "X" sosial şəbəkəsində yazıb.
"Dünən "Əl Şifa" xəstəxanasından təxliyə edilən 31 vaxtından əvvəl doğulmuş körpədən 28-i sağ-salamat Misirdə müalicə olunmaq üçün Əl-Arişə aparılıb. Bunlardan 12 körpə hava yolu ilə Qahirəyə göndərilib", - deyə o bildirib.
T.A.Qebreyesus ÜST-nin "Əl-Şifa" xəstəxanasına apardığı qiymətləndirmə missiyasından sonra tibb müəssisəsinin artıq işləyə bilməyəcəyini və bütün xəstələrin təcili təxliyə edilməli olduğunu deyib.