• Bakı 9° C

    10.22 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 2.0511

Məktəbli elektron siqaret çəkdikdən sonra öldü

DÜNYA

22 Oktyabr 2023 | 09:10 | Müəllif: Subhan Mahmudov

Məktəbli elektron siqaret çəkdikdən sonra öldü

Rusiyada 16 yaşlı məktəbli qız elektron siqaret çəkdikdən sonra dünyasını dəyişib.

Bakıvaxtı.az xəbər verir ki, hadisə Rusiyanın Elektroqorsk şəhərində baş verib. Qızının otağından şübhəli səslər eşidən ata oraya gəlib, çarpayıda uzanan qızın qıvrıldığını və xırıldadığını görüb. Şəhər xəstəxanasına çatdırılan qız həkimlərin səyinə baxmayaraq, dünyasını dəyişib.

Mərhumun alt paltarından birdəfəlik elektron siqaret tapılıb. O, müayinəyə göndərilib. Yeniyetmənin ölümünün dəqiq səbəbini həkim ekspertizadan sonra müəyyən edəcək.

Valideynlər qızın elektron siqaret çəkdiyini bilməyiblər.

Hadisə ilə bağlı polis araşdırma aparır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

15 Noyabr 2026
14 Noyabr 2026