• Bakı 22° C

    4.19 m/s

  • USD - 1.7

    EUR - 1.9493

    RUB - 2.0178

Aeroportda uçuşlar dayandırıldı - SƏBƏB

DÜNYA

27 Mart 2023 | 13:19

Aeroportda uçuşlar dayandırıldı - SƏBƏB

İsraildə məhkəmə islahatına etiraz əlaməti olaraq Ben-Gurion hava limanında uçuşlar dayandırılıb.

Bakıvaxtı.az  xəbər verir ki, bu barədə məlumatı “Haaretz” qəzeti yayıb. 

Məlumata görə, Tel-Əviv aeroportunun işçiləri İsraildə elan olunan kütləvi tətil çərçivəsində hava limanını bağlayır və təyyarələrə reys həyata keçirməyə icazə vermirlər. 

Qeyd olunur ki, aeroport administrasiyası xarici ölkələrdən reyslərin qəbul edilib-edilməməsi barədə hələ qərar verməyib.

Xatırladaq ki, İsraildə Nazirlər Kabinetinə qarşı ilk kütləvi etirazlar yanvarın əvvəli başlayıb. Aksiya iştirakçıları ölkənin Nazirlər Kabinetinin təklif etdiyi məhkəmə islahatına etiraz ediblər. Məhkəmə sistemində islahatları nəzərdə tutan qanun layihəsi fevralın 20-si birinci oxunuşda qəbul edilib. Dəyişikliklər hökumətin hakim seçimi ilə bağlı səlahiyyətini genişləndirir, eləcə də Ali Məhkəmənin qanunları ləğv etmək səlahiyyətini məhdudlaşdırır. Ölkənin müdafiə naziri Yoav Qalantın istefaya göndərilməsindən sonra martın 26-sı isə ölkədə kütləvi etiraz aksiyası başlayıb. 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR