• Bakı 11° C

    5.66 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

Canlı yayımda özünü pis hiss edən Ərdoğanın SON DURUMU

DÜNYA

26 Aprel 2023 | 12:47

Canlı yayımda özünü pis hiss edən Ərdoğanın SON DURUMU

“Prezident Rəcəb Tayyib Ərdoğanın səhhəti kifayət qədər yaxşıdır”.

Bakıvaxtı.az xəbər verir ki, bunu Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) sədri müavini Numan Kurtulmuş jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, R.T.Ərdoğan proqramında dəyişiklik etməyəcək: “Seçkilərlə bağlı intensiv çalışdığına görə mədəsində narahatlıq yaranmışdı. Amma artıq keçib. Prezident bu gün proqramlarına əvvəldən planlaşdırılan kimi davam edəcək”.

Xatırladaq ki, R.T.Ərdoğan aprelin 25-də canlı yayımda sualları cavablandıran zaman özünü narahat hiss edib. Ona görə də verilişə fasilə verilib.

Canlı yayım bərpa edildikdən sonra Türkiyə lideri deyib: “Seçki kampaniyasına görə çox işləyirik. Bu səbəbdən mədəmə soyuq olub”.

 

12:15

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan özünü pis hiss etdiyinə görə canlı yayım qısa müddətlik dayandırılıb.

Bakıvaxtı.az Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə Türkiyə lideri jurnalistlərə müsahibə verərkən olub.

Yayım bərpa ediləndən sonra Ərdoğan iki gündür gərgin təbliğat kampaniyasında olduğunu və bir qədər soyuqladığını bildirib.

Prezident buna görə izləyicilərdən üzr istəyib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026