• Bakı 12° C

    3.92 m/s

  • USD - 1.7

    EUR - 1.9672

    RUB - 2.1247

Medvedyevdən nüvə XƏBƏRDARLIĞI

DÜNYA

26 May 2023 | 09:46

Medvedyevdən nüvə XƏBƏRDARLIĞI

"Rusiya ilə NATO ölkələri arasında qarşıdurma nüvə silahının tətbiqi ilə nəticələnəcək".

Bakıvaxtı.az TASS-a istinadən xəbər verir ki, bunu Rusiyanın Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev deyib.

Onun sözlərinə görə, Qərb ehtimal olunan təhlükəni dərk etmir.

D.Medvedev qeyd edib ki, ABŞ və Avropa İttifaqı (Aİ) Ukraynanı təkcə F-16 qırıcıları ilə deyil, həm də nüvə silahı ilə təmin edəcəklər.

Qeyd edək ki, D.Medvedev bundan əvvəl də Rusiyanın öz təhlükəsizliyi naminə bütün silahlardan, o cümlədən lazım gələrsə, nüvə silahından istifadə edə biləcəyini bildirib.


SON XƏBƏRLƏR

01 Noyabr 2025