Türkiyədə 31 yaşlı kişi arvadını narahat edən şəxsi öldürüb.
Həyat yoldaşını narahat etdiyini iddia edən şəxs, 33 yaşlı Hüseyn Şahanın başını daşla əzib öldürdü.
Bakıvaxtı.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə Denizli bölgəsində baş verib.
Belə ki, 31 yaşlı şəxs onun arvadını narahat edən 33 yaşlı Hüseyn Şahanın qarşısını kəsib. Onlar arasında əlbəyaxa dava düşüb. Nəticədə o, yol kənarından daş götürərək, həmin şəxsin başını əzib, daha sonra ayağından tüfənglə atəş açaraq hadisə yerini tərk edib.
Olay yerinə gələn polislər araşdırma nəticəsində cinayət törədən şəxsi taparaq məsuliyyətə cəlb ediblər.
O, İfadəsində törətdiyi cinayəti etiraf edib.
Xəyalə Rza
















