• Bakı 16° C

    2.05 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

"Vaqner"lə döyüşdə neçə rus əsgər ölüb?

DÜNYA

25 Iyun 2023 | 09:23

"Vaqner"lə döyüşdə neçə rus əsgər ölüb?

““Vaqner” özəl hərbi şirkətinin muzdluları ilə qarşıdurmalarda 15 rusiyalı hərbçi həlak olub”.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə məlumatı Ukraynanın “Strana” nəşri yayıb. 

İddialara görə, həlak olanların əksəriyyəti hərbi pilotlardır. Bununla yanaşı, “Vaqner” muzdluları tərəfindən vurulan “İl-18” təyyarəsində pilotdan başqa 8 nəfərin də olduğu bildirilir. 

Eyni zamanda, iyunun 24-ü vurulan Ka-52 “Alligator” helikopterində olan bütün heyətin öldüyü qeyd olunur. 

Xatırladaq ki, iyunun 23-də “Vaqner” Xüsusi Hərbi Şirkətin başçısı Yevgeni Priqojin Rusiya Müdafiə Nazirliyini onun şirkətinin mövqelərinə zərbələr endirməkdə ittiham edib və 25 min insanın “məsələni aydınlaşdırmağa” hazırlaşdığını bildirib. Səhər saatlarında o, Rostov şəhərində bütün hərbi obyektlərin nəzarətə götürüldüyünü açıqlayıb.

Bundan sonra Rusiya Federal Təhlükəsizlik Xidməti Yevgeni Priqojinə qarşı silahlı üsyana təhrik faktı üzrə cinayət işi açıb, Prezident Vladimir Putin isə onun hərəkətlərini qiyam adlandırıb. Mümkün terror aktlarının qarşısının alınması məqsədilə Moskva şəhərində, Voronej və Moskva vilayəti ərazisində antiterror əməliyyatı rejimi tətbiq edilib. İyunun 24-ü Belarus Prezidenti Aleksandr Lukaşenko “Vaqner” özəl hərbi şirkətinin rəhbəri Yevgeni Priqojinlə danışıqlar aparıb. O, Lukaşenkonun “Vaqner” qüvvələrinin hərəkətini dayandırmaq təklifini qəbul edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

06 Noyabr 2026