• Bakı 24° C

    2.34 m/s

  • USD - 1.7

    EUR - 1.9776

    RUB - 1.9766

Luvr muzeyi bağlandı

DÜNYA

27 Mart 2023 | 15:03

Luvr muzeyi bağlandı

Parisdə Luvr muzeyinin əməkdaşları pensiya islahatının ləğv edilməsi tələbi ilə tətil elan edib.

Bakıvaxtı.az  Fransa mediasına istinadən xəbər verir ki, nəticədə muzeyə giriş bağlanıb. 

Tətildə Luvr əməkdaşları ilə yanaşı, mədəniyyət sahəsində çalışan işçilərin bir neçə həmkarlar ittifaqları iştirak edir. 

Luvr administrasiyası da öz növbəsində muzeyin bu gün bağlı olduğunu təsdiq edib. 

Qeyd edək ki, Fransada pensiya yaşının 62-dən 64-ə qaldırılmasını nəzərdə tutan islahata qarşı kütləvi etiraz aksiyaları və tətillər yanvarın sonundan başlayıb. Həmin dövrdən etibarən ölkədə mütəmadi olaraq aksiyalar keçirilir. Aksiyalar zamanı polislə etirazçılar arasında qarşıdurmalar baş verib. Martın 28-i sayca onuncu aksiyanın keçiriləcəyi gözlənilir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

09 Sentyabr 2026