Bu gün səhər saatlarında Mariupolda partlayış baş verib.
Bakıvaxtı.az unian-a istinadla xəbər verir ki, hadisə şəhərin Primorski rayonundakı Baxçıvancı bazarının yaxınlığında qeydə alınıb.
Mariupol merinin müşaviri Pyotr Andryuşşenko "Telegram" kanalında yazıb ki, ilkin məlumatlara görə, işğalçıların komandirlərindən birinin avtomobili partlayıb.
"Mariupol müqaviməti işğal altında olan Mariupolda yüksək səviyyəli hərbçilərdən birinin avtomobilini partladıb". Bunu isə şəhər meri Vadim Boyçenko yazıb.
Qondarma “DXR”in "rəhbərliyi" iddia edirlər ki, Mariupolda “polis”in rəhbəri Moskvinin həyatına cəhd edilib. Onun sağ olduğu bildirilir.
"Bu gün Mariupolda mənim dostum Mixoya, polis rəisi Moskvinə qarşı sui-qəsd edilib, o, sağdır. Mən onunla danışmışam, yüngül beyin silkələnib", - deyə "DXR" "baş komandanı" Eduard Basurin bildirib.
Murad Məmmədli
















