• Bakı 12° C

    1.54 m/s

  • USD - 1.7

    EUR - 1.9561

    RUB - 2.0897

Cəbrayıla yeddi baş ceyran buraxıldı - FOTO

CƏMİYYƏT

06 Noyabr 2025 | 16:47

Cəbrayıla yeddi baş ceyran buraxıldı - FOTO

Şirvan Milli Parkından götürülən yeddi baş ceyran Cəbrayıl rayonu ərazisinə buraxılıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Bioloji Müxtəlifliyin Qorunması Xidmətin rəis müavini Arzu Babayeva bildirib.

Belə ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Heydər Əliyev Fondu, IDEA İctimai Birliyi və Ümumdünya Təbiəti Mühafizə Fondunun dəstəyi ilə işğaldan azad edilmiş ərazilərdə növbəti reintroduksiya tədbiri həyata keçirilib.

Xidmət rəsmisinin sözlərinə görə, "Azərbaycan Respublikasında ceyranların mühafizəsi, reintroduksiyası və tarixi areallarının bərpası" layihəsi çərçivəsində bugünədək ümumilikdə 424 baş ceyran tarixən yaşadıqları təbii areallara reintroduksiya olunub.


SON XƏBƏRLƏR