• Bakı 19° C

    11.48 m/s

  • USD - 1.7

    EUR - 1.9241

    RUB - 2.1054

Cəbrayılda 33 ümumi yaşayış binası tikiləcək

CƏMİYYƏT

30 Sentyabr 2023 | 11:14

Cəbrayılda 33 ümumi yaşayış binası tikiləcək

Cəbrayıl şəhərində 33 ümumi yaşayış binası tikiləcək.

Bakıvaxtı.az xəbər verir ki, yaşayış kompleksi Cəbrayıl şəhərinin inzibati ərazisində 7,87 ha ərazidə inşa edilir və tikinti işlərinə bu ilin aprel ayının sonlarında başlanılıb.

Yaşayış kompleksində 6 kvartaldan ibarət olan və 33 ümumi yaşayış binası tikiləcək. Burada 4-5 mərtəbəli binalar olacaq və 712 mənzil tikiləcək. Mənzillərdən 8-nin birotaqlı, 136-sının ikiotaqlı, 8 mənzilin 2-3 otaqdan ibarət studiya tipli olması, 392 mənzilin üçotaqlı, 168 mənzilin isə dördotaqlı olması nəzərdə tutulub.

Tikinti işləri başa çatdıqdan sonra bu binalarda 2 158 sakinin məskunlaşması nəzərdə tutulur.


SON XƏBƏRLƏR

10 May 2025