• Bakı 15° C

    2.75 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 2.0511

Bakıda silah aşkarlandı - VİDEO

CƏMİYYƏT

30 Oktyabr 2023 | 11:00

Bakıda silah aşkarlandı - VİDEO

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhərinin Yasamal rayonu, 2-ci Alatava adlanan ərazidə silah aşkar edilməsi barədə məlumat daxil olub.

Bakıvaxtı.az xəbər verir ki, məlumatla əlaqədar dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) minalardan təmizləmə üzrə çevik qrupu hadisə yerinə cəlb edilib.

Hüquq-mühafizə orqanı əməkdaşları ilə birgə ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüldükdən sonra hadisə yerinə baxış zamanı aşkar edilmiş silahın istifadəyə yararlı bir ədəd İJ-56 “Belka” 12-16 mm kalibrli ov tüfəngi olduğu müəyyən edilib.

Silah XRXX-nin çevik qrupunun mütəxəssisləri tərəfindən ərazidən götürülərək hüquq-mühafizə orqanı əməkdaşlarına təhvil verilib.

Hadisə yerində və ona yaxın ətraf ərazidə əlavə axtarış zamanı başqa hər hansı təhlükəli və ya şübhəli əşya aşkar edilməyib.


Bakıda silah aşkarlandı - VİDEO
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

14 Noyabr 2026