Hazırda 25 təqvim ili hərbi xidməti olan hərbi qulluqçular təminat xərcliyinin 60 faizini pensiya kimi alır.
Bu barədə Bakıvaxtı.az-a Müdafiə Nazirliyindən bildirilib.
Qeyd edilib ki, yeni layihələr qəbul olunduğu halda bu xərcliyin 5 faiz çox olmaqla 65 faizini alacaqlar, bununla da pensiya təminatında hər hansı azalma olmayacaq.
















