• Bakı 12° C

    14.25 m/s

  • USD - 1.7

    EUR - 1.9284

    RUB - 2.0347

Cəbrayılda əmək yarmarkası keçirilib

İQTİSADİYYAT

08 Aprel 2025 | 18:00

Cəbrayılda əmək yarmarkası keçirilib

Cəbrayıl, Qubadlı, Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin dəstəyi ilə Agentlik Cəbrayıl rayonu, M.Mehdizadə adına tam orta məktəbdə növbəti əmək yarmarkası keçirib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.

Bildirilib ki, yarmarkada 13 işəgötürən tərəfindən 100-dən çox vakansiya (o cümlədən, elektrik mühəndisi, departament müdiri, şöbə müdiri, böyük məsləhətçi, mühasib, anbardar, kassir, satıcı, çilingər, bənna, rəngsaz, aşbaz, nəzarətçi, santexnik, qazpaylayıcı stansiyada operator və s.) təqdim olunub.

"Tədbirə qatılan sakinlərə vakansiyalar, iş öhdəlikləri barədə məlumat verilib, vakansiyalara uyğun namizədlərin qeydiyyatı aparılıb",- deyə əlavə edilib.

Qeyd edək ki, Böyük Qayıdış proqramına uyğun olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi işğaldan azad olunmuş ərazilərimizə köçürülən sakinlər üçün aktiv məşğulluq proqramlarını davam etdirir.


SON XƏBƏRLƏR

16 Aprel 2025