Avropa böyük və tarixi sınaq qarşısındadır.
Bakıvaxtı.az xəbər verir ki, bunu Çexiyanın Baş naziri Petr Fiala “X”də yazıb.
O bildirib ki, Avropa təhlükəsizliyinin qayğısına qalmaqlıdır: “Bunu bizdən başqa heç kim etməz. Rusiyanın evlərimizdən cəmi bir neçə yüz kilometr aralıda genişlənməyə davam etməsini istəmiriksə, Ukraynaya hərbi dəstəyi artırmalıyıq. Davamlı və uzunmüddətli sülh istəyiriksə, yaxşı silahlanmalıyıq. Müdafiə xərclərini ümumi daxili məhsulun azı 3 %-nə çatdırmadan bu mümkün olmayacaq. Əksini deyən hər kəs Çexiyanın milli təhlükəsizliyini təhdid edir”.
Baş nazir bildirib ki, Avropa səylərini birləşdirməsə, şərtləri diktə etməsə, sonu yaxşı olmayacaq.