• Bakı 10° C

    4.63 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Ceyhun Bayramov BƏƏ-nin xarici işlər naziri ilə danışdı

SİYASƏT

15 Yanvar 2024 | 23:18 | Müəllif: Subhan Mahmudov

Ceyhun Bayramov BƏƏ-nin xarici işlər naziri ilə danışdı

Yanvarın 15-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovun Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) xarici işlər naziri Abdullah bin Zayed əl-Nəhyan ilə telefon danışığı olub.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən Bakıvaxtı.az-a bildirilib ki, telefon danışığı zamanı BƏƏ Prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyanın ölkəmizə rəsmi səfəri çərçivəsində imzalanmış Strateji Tərəfdaşlıq haqqında Anlaşma Memorandumu və əldə edilmiş digər razılıqların icrası, habelə regional və beynəlxalq məsələlər müzakirə olunub.

Bununla yanaşı, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) Azərbaycanın prezidentliyi və ev sahibliyinə hazırlıq prosesi çərçivəsində BƏƏ-nin COP28 prezidentliyi ilə əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Telefon danışığı zamanı həmçinin digər beynəlxalq platformalarda əməkdaşlıq istiqamətləri müzakirə olunub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026