• Bakı 27° C

    2.42 m/s

  • USD - 1.7

    EUR - 1.9528

    RUB - 2.0132

AB rəsmilərinin bu iddiaları əsassızdır - Elçin Əmirbəyov

SİYASƏT

14 Fevral 2024 | 19:55 | Müəllif: Subhan Mahmudov

AB rəsmilərinin bu iddiaları əsassızdır - Elçin Əmirbəyov

Bəzi Avropa Birliyi (AB) rəsmilərinin Azərbaycanın ekspansionizmi ilə bağlı iddiaları əsassızdır.

Bakıvaxtı.az xəbər verir ki, bu fikirləri Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov “Brussels Signal”a açıqlamasında Avropa Birliyinin Xarici Əlaqələr və Təhlükəsizlik Xidmətinin rəhbəri Jozep Borrellin Azərbaycan əleyhinə səsləndirdiyi iddialara münasibət bildirərkən deyib.

E.Əmirbəyov vurğulayıb ki, Azərbaycanın Ermənistan ərazisinə iddiası yoxdur.

Prezidentin nümayəndəsi qeyd edib ki, Qarabağ Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisidir və ölkə bu yaxınlarda bütün ərazisi üzərində suverenliyini tam bərpa edib:

“Bu gün bizim Azərbaycanın Qarabağ bölgəsi var, ona görə də "Dağlıq Qarabağ" köhnəlmiş və işlək olmayan bir addır”.

Qeyd edək ki, Azərbaycan Xarici İşlər Nazirliyi beynəlxalq ictimaiyyəti “Qarabağ iqtisadi rayonu” ifadəsindən istifadə etməyə çağırır və regionun “Dağlıq Qarabağ” adlandırılmasının qəbuledilməz olduğunu bildirir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Sentyabr 2026