q
  • Bakı 24° C

    6.1 m/s

  • USD - 1.7

    EUR - 1.995

    RUB - 2.2836

Ceyhun Bayramov: Delimitasiya və demarkasiya prosesi davam edir

SİYASƏT

10 May 2026 | 10:41

Ceyhun Bayramov: Delimitasiya və demarkasiya prosesi davam edir

Azərbaycan-Ermənistan sərhədində delimitasiya və demarkasiya prosesi üzrə işlər davam etdirilir.

Bakıvaxtı.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında deyib.

Nazir bildirib ki, delimitasiya və demarkasiya prosesi uzunmüddətli və texniki xarakter daşıdığı üçün qısa müddətdə yekunlaşması mümkün deyil.

O qeyd edib ki, Baş nazirin müavini Şahin Mustafayevin rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyətinin aprelin 29-da Ermənistana səfəri zamanı növbəti mərhələləri müəyyən edən üç sənəd razılaşdırılıb.

C.Bayramov əlavə edib ki, proses davam edir və qarşıdakı aylarda da bu istiqamətdə işlərin şahidi olunacaq.

Zeynəb Rzayeva


SON XƏBƏRLƏR

09 May 2026