• Bakı 26° C

    1.35 m/s

  • USD - 1.7

    EUR - 1.817

    RUB - 0.0199

Ceyhun Bayramov Gürcüstanın parlament sədri ilə görüşdü

SİYASƏT

27 Iyun 2024 | 15:35

Ceyhun Bayramov Gürcüstanın parlament sədri ilə görüşdü

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Gürcüstana rəsmi səfəri çərçivəsində bu ölkənin parlament sədri Şalva Papuaşvili ilə görüşüb.

Bakıvaxtı.az xəbər verir ki, görüşdə iki ölkənin müxtəlif qurumları, eləcə də parlamentlər arasında əlaqələrinin inkişaf etdirilməsinin vacibliyi qeyd edilib.

Bildirilib ki, parlamentlər ölkələr arasında münasibətlərin daha da genişlənməsi və möhkəmlənməsində mühim rol oynayırlar.

Qeyd edilib ki, regional sülh və sabitliyin əldə olunmasında da parlament diplomatiyası xüsusi rola malikdir.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə edilib.


SON XƏBƏRLƏR

29 Iyun 2024