• Bakı 21° C

    2.21 m/s

  • USD - 1.7

    EUR - 1.8082

    RUB - 0.0181

Ceyhun Bayramov Türkiyəyə gedəcək

SİYASƏT

05 Avqust 2022 | 18:58

Ceyhun Bayramov Türkiyəyə gedəcək

Türkiyədə 13-cü Səfirlər Konfransı keçiriləcək.

Bakıvaxtı.az NTV telekanalına istinadən xəbər verir ki, konfrans 6-12 avqust tarixlərində paytaxt Ankarada baş tutacaq.

Konfrans çərçivəsində müzakirə panelləri təşkil olunacaq. Səfirlər Türkiyə xarici siyasətini yaxından maraqlandıran regional və qlobal məsələləri müzakirə edəcək.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan səfirləri qəbul edəcək.

Sloveniya Prezidenti Borut Paxor, ATƏT-in Baş katibi Helqa Şmit, Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovun da tədbirdə iştirakı gözlənilir.


SON XƏBƏRLƏR

19 Aprel 2024