• Bakı 10° C

    10.41 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Əli Əsədov MÜŞAVİRƏ KEÇİRDİ

SİYASƏT

03 Sentyabr 2022 | 14:29 | Müəllif: Subhan Mahmudov

Əli Əsədov MÜŞAVİRƏ KEÇİRDİ

Bu gün Baş nazir Əli Əsədovun sədrliyi ilə Azərbaycanın bölgələrində son dövrlər baş verən meşə yanğınları ilə bağlı işçi müşavirə keçirilib.

Nazirlər Kabinetindən  Bakıvaxtı.az-a verilən xəbərə görə, müşavirədə aidiyyəti dövlət orqanlarının və qurumlarının rəhbərləri iştirak ediblər.

Müşavirədə meşə yanğınlarının baş verdiyi ərazilərdə hazırkı vəziyyət, yanğınların səbəbləri, yanğınlarla mübarizə tədbirləri, mürəkkəb relyefli zonalarda yaranan çətinliklər, eyni zamanda qarşıda duran vəzifələr və fəaliyyət müzakirə edilib.

Yanğınla mübarizə tədbirlərinin davam etdirilməsi ilə bağlı aidiyyəti dövlət orqanlarına və qurumlarına tapşırıqlar verilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR