• Bakı 10° C

    5.25 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Ceyhun Bayramov Yasir Ərafatın ev muzeyini ziyarət edib

SİYASƏT

30 Mart 2023 | 20:30 | Müəllif: Subhan Mahmudov

Ceyhun Bayramov Yasir Ərafatın ev muzeyini ziyarət edib

30 mart 2023-cü il tarixində Fələstin Dövlətinə rəsmi səfəri çərçivəsində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Fələstin azadlıq hərəkatının lideri Yasir Ərafatın ev muzeyini ziyarət edib.

Xarici İşlər Nazirliyindən Bakıvaxtı.az-a verilən məlumata görə, ziyarət zamanı muzeyin idarə heyəti Azərbaycan nümayəndə heyətinin üzvlərinə 20-ci əsrin əvvəllərindən 2004-cü ildə Fələstin xalqının lideri Yasir Ərəfatın vəfatına qədər Fələstin tarixindəki ən mühüm hadisələri əks etdirən Yasir Ərafatın ev muzeyi barəsində ətraflı məlumat verib.

Muzeyin kolleksiyaları ilə yaxından tanış olan Nazir Ceyhun Bayramov sonda muzeyin xatirə kitabına ürək sözlərini yazıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026