"Alyaskapoks" virusu insan çiçək xəstəliyinin “yaxın qohumu”dur.
Bakıvaxtı.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının akademiki , Rusiya Təhsil Akademiyasının sədr müavini Gennadi Onişşenko deyib .
Məlumata görə, yaşlı bir kişi bu virusun qurbanı olub. İnfeksiya mənbəyinin onunla birlikdə yaşayan pişik olduğu bildirilib.
Onun sözlərinə görə, bu, ortopoxvirusdur, 1980-ci ildə kökü kəsilən insan çiçək xəstəliyi adlı başqa bir ortopoxvirusun yaxın qohumudur:
“Biz onu aradan qaldıranda dərhal ortopoksvirusların daha yaxından monitorinqinin aparılması sualı ortaya çıxıb”.
Mütəxəssisin sözlərinə görə, 2015-ci ildə beş xəstədə alaskapoks virusu aşkarlanıb, onların hamısı sağalıb.
Onişenko hesab edir ki, virus insanlar və canlılar arasında növlərarası maneəni aşmağa başlayıb.
Mina Mikayılova
















