• Bakı 9° C

    2.06 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

Siqaret çəkənlərdə daha çox piylənmə ola bilər

CƏMİYYƏT

21 Mart 2024 | 17:40

Siqaret çəkənlərdə daha çox piylənmə ola bilər

Alimlər müəyyən ediblər ki, siqaret çəkənlərdə çəkməyənlərə nisbətən daha çox orqan yağlanması ola bilər.

Bakıvaxtı.az  "TRT Haber"ə istinadən xəbər verir ki, Addiction jurnalında dərc olunan araşdırmada elm adamları, təxminən, 1,7 milyon siqaret çəkənin məlumatlarını araşdırıblar.

Kopenhagen Universitetinin tədqiqatçıları siqaretin daxili orqan yağını artıra biləcəyini aşkar ediblər.

Araşdırma qrupunun rəhbəri Dr. German Carrasquilla "İctimai sağlamlıq nöqteyi-nəzərindən, bu tapıntılar siqaretin qarşısının alınması və azaldılması səylərinin əhəmiyyətini gücləndirir. Çünki bu, həmçinin visseral yağın və onunla əlaqəli bütün xroniki xəstəliklərin azalmasına kömək edə bilər".

Carrasquilla visseral yağ riskinin azaldılmasının digər əhəmiyyətli xəstəliklərin riskini də azaltdığını qeyd edib. Mütəxəssislər daxili orqanları əhatə edən bu növ yağın ürək xəstəlikləri, şəkərli diabet, demans və insult riski ilə əlaqəli olduğu barədə xəbərdarlıq ediblər.

Elm adamları daha arıq insanlarda da ciddi xəstəliklər riski yaradan əhəmiyyətli daxili yağ ola biləcəyinə diqqət çəkiblər.

Ay Tac


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR