• Bakı 15° C

    7.38 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

Daha bir müntəzəm marşrut xətti "BakuBus"a verilib

CƏMİYYƏT

20 Aprel 2024 | 14:55 | Müəllif: Gülşən Şərif

Daha bir müntəzəm marşrut xətti "BakuBus"a verilib

Sabahdan Bakıda 33 nömrəli müntəzəm marşrut xətti üzrə sərnişindaşıma xidməti “BakuBus” MMC tərəfindən həyata keçiriləcək.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən Bakıvaxtı.az-a verilən məlumata görə, bu marşrut xətti "Dərnəgül" metrostansiyası - Süyleyman Rüstəm küçəsi ("28 Mall" ticarət mərkəzi) istiqamətində sərnişindaşıma fəaliyyəti ilə məşğul olacaq.

"33 nömrəli şəhərdaxili müntəzəm marşrut üzrə sərnişindaşıma tələblərinə tam cavab verən müasir və komfortlu avtobuslar fəaliyyət göstərəcək. Gediş haqqı nağdsız qaydada olacaq", - məlumatda deyilir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR